Daxili işlər naziri polisin elektroşok cihazları ilə təchiz olunmasını istəyir

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt federal polisin artan təhlükələrlə əlaqədar elektroşok cihazları ilə təchiz olunmasını zəruri hesab edir.
Avtosfer.az “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir polis əməkdaşlarının elektroşok cihazları ilə təchiz olunması üçün hüquqi çərçivənin bu il ərzində hazırlanacağını deyib.
Bu cihazların polisə bıçaq və digər kəsici alətlərlə hücum edən şəxslərin daha effektiv zərərsizləşdiriməsi və polis əməkdaşlarının özlərini daha yaxşı qoruya bilməsi üçün istifadəsi nəzərdə tutulur.
Qeyd edək ki, açıqlanan son cinayət statistikasına əsasən, zorakı cinayətlər son illərdə ən yüksək səviyyəyə çatıb. Polis əməkdaşlarına qarşı hücumlar da getdikcə artır. Ötən il polis əməkdaşlarına qarşı orta hesabla gündə 305 cinayət hadisəsi qeydə alınıb.
Lakin bu cihazların istifadəsinə qarşı çıxanlar da var. Çünki onların ürək və ya qan-damar problemləri olan şəxslərə qarşı istifadəsinin ciddi nəticələrə səbəb ola biləcəyi iddia edilir.
Hazırda elektroşok cihazları Almaniyada xüsusi təyinatlı polis dəstələri tərəfindən istifadə edilir. Dörd federal əyalətdə isə onların istifadəsi sınaqdan keçirilir.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər











