Daxili İşlər Nazirliyi “ASAN könüllüləri”-nə və “Azərsun”-a təşəkkür etdi

Daxili İşlər Nazirliyi “ASAN könüllüləri” və “Azərsun”dan polislərə təşəkkür aksiyasını yüksək qiymətləndirir.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi “ASAN könüllüləri” və “Azərsun” -a öz təşəkkürünü bildirib. Təşəkkürdə bildirilir ki, " Paytaxt ərazisində stasionar postlarda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsullarının hədiyyəsi maraqla qarşılanmaqla sosial şəbəkələrdə cəmiyyət tərəfindən dəstəklənir. Nəcib təşəbbüs cəmiyyətin ümumi məsələlərə münasibətini əks etdirir.
#VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihə çərçivəsində DİN əməkdaşlarına vətəndaşlarımızın təşəkkür mesajları çatdırılır. Bu dəstək, bizə güc verir, xüsusi karantin rejimində fasiləsiz xidmətə cəlb olunan daxili işlər orqanlarının hər bir əməkdaşında həvəs yaradır, böyük məsuliyyət və fədakarlıqla “Biz birlikdə güclüyük” şüarına sadiq qalaraq, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə ruhlandırır.
Bu nəcib təşəbüsün təşkilatçılarına minnətdarlığımızı bildirir, “ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünü alqışlayaraq təşəkkür edirik.
VAROLUN!"
Gültən
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










