Daxili İşlər Nazirliyi "döyülən qadın"la bağlı açıqlama yaydı

"Son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə əsassız ittihamlar paylaşılır. Birmənalı olaraq bildiririk ki, bu iddialar yalan və böhtan olmaqla yanaşı, həm də qərəzlidir". Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, AXCP tərəfindən aldadılaraq və istiqamətləndirilərək 10-15 qadın həmin gün razılaşdırılmamış, qanunsuz aksiyaya cəhd göstəriblər. Onlardan bəzilərinin Azərbaycanlı xanıma xas olmayan tərzdə ictimai asayişi mühafizə edən polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmələrinə və əxlaqdan kənar hərəkətlər etmələrinə baxmayaraq polis əməkdaşları dözümlülük və təmkinlilik nümayiş etdirərək öz xidməti vəzifələrini yerinə yetiriblər. Bu zaman xəsarət alan və saxlanılan olmayıb: "O ki qaldı, sosial şəbəkələrdəki səhifələrdə paylaşılan, üzündə xəsarət olan qadının fotolarına, oradan açıq-aydın görünür ki, bu fotolar ya montaj edilib, ya da həmin qadının özünün bilərəkdən və məqsədli şəkildə çəkdiyi makyajdan başqa bir şey deyil".
Gültən Qədirli
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










