Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi

Qeyd edildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir. Bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də Respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.
Belə ki, maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib. Belə tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda həmçinin bölgələrdə vətəndaşlara tibbi maskalar da paylayıblar.
Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayə edilməlidir.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT














