Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Aprelin 22-də Daxili İşlər Nazirliyində videokonfrans formatında mülkiyyət əleyhinə cinayətlər, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işlərinin istintaqı və təhqiqat sahəsində fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildiriblər, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov kriminogen duruma təsiri, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından bu istiqamətlərdə ətraflı müzakirələrin aparılmasının və qarşıda duran vəzifələrin müəyyən edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi polis polkovniki İslam Hümbətov və Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov məruzə edərək həyata keçirilən tədbirlərdən, əldə edilmiş nəticələrdən danışıblar.
Məruzə ətrafındakı çıxışlarda aidiyyəti ərazi orqanlarının rəisləri görülmüş işlər və mövcud çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Kollegiya iclasına yekun vuran general-polkovnik V.Eyvazov cari ilin birinci rübündə asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub saxlanıldığını və inkişaf etdirildiyini diqqətə çatdırıb. Həmçinin xidməti fəaliyyətdə səmərəliliyin artırılması, xüsusən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin tranzit daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi üzrə tapşırıq və tövsiyələrini verib.
Eyni zamanda, vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladan nazir bütün müraciətlərə həssaslıqla yanaşılmasının, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












