Dəhşətli zəlzələnin Türkiyəyə vurduğu ziyan AÇIQLANDI

Fevralın 6-da baş vermiş iki zəlzələ Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in 10%-i həcmində ziyan vurub.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik zəlzələ nəticəsində dağılan binalara dəymiş ziyanı 70,8 milyard dollar dəyərində qiymətləndirib. Bundan əlavə, qeyd edilib ki, Türkiyə büdcəsinin gəlir hissəsində 10,4 milyard dollar itki olacaq.
"Bloomberg" əmək itkisinin 2,9 milyard dollar olacağını proqnozlaşdırıb.
Bundan əvvəl “Fitch” reytinq agentliyi Türkiyəyə dəymiş ziyanı 4 milyard dollar qiymətləndirmişdi.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.
Son məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 29 605 nəfərə çatıb. (modern.az)
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












