Dəmir yollarında vəziyyət necədir? - FOTOLAR

Hazırda paytaxt Bakıda və regionlarda müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar sərnişinlərin və yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə platformalara və keçidlərə duz və kimyəvi maddələrin səpilməsi müntəzəm qaydada icra edilir. Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.
Qabaqlayıcı tədbirlərin görülməsi bu gün səhər saatlarından etibarən daha da intensivləşib.
9 yanvar tarixinə olan məlumata əsasən, elektrik qatarlarının qrafikində ciddi gecikmə halları müşahidə olunmayıb. Yalnız Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən bir sərnişin qatarında gecikmə qeydə alınıb. Belə ki, Bakı- Pirşağı- Sumqayıt istiqamətinin 46-cı km-də kontakt şəbəkəsində baş vermiş texniki nasazlığa görə qatar əks istiqamətdə hərəkət edərək Sumqayıt şəhərinə çatıb. Bu da öz növbəsində qatarın Abşeron dairəvi dəmir yolu üzrə qrafikində cüzi gecikməyə səbəb olub.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planı çərçivəsində 2022-ci ilin payız aylarından etibarən bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib, müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.
Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.




Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO











