Dənizdə batan uşağı xilas edən 11 nəfər boğuldu

Misirin şimal paytaxtı İsgəndəriyyədə ən azı 10 nəfər Aralıq dənizində boğularaq ölüb.
Bu barədə məlumatı “Al Balad” informasiya portalı yayıb. Xilasedicilər yeddi nəfərin cəsədini tapsa da, digərlərinin axtarışı davam edir.
Qeyd olunub ki, faciə “Palm Beach”də baş verib. Belə ki, səhər çimmək üçün sahilə gələn bir qrup şəxs dənizdə uşağın batdığını görüblər.
Uşağı xilas etmək istəyən 11 nəfər dənizdə boğularaq ölüb. Şimal paytaxtın turizm və kurort administrasiyasından verilən məlumata görə, hadisə səhər saat beşdə pandemiya səbəbiylə bağlanmış çimərlikdə baş verib və buna görə orada xilasedicilər olmayıb.
Hazırda pandemiya səbəbindən ictimai çimərliklər bağlıdır və bir çoxları polisə görünməmək üçün səhər saatlarında dənizə gedirlər.
Ümumiyyətlə bu sahilə "ölüm sahili" adı verilib. Belə ki, burada çimənlər güclü axın səbəbindən boğulur. 2018-ci ildə cəmi bir həftə içində 21 nəfər orada ölüb, bundan sonra yerli hakimiyyət çimərliyin istifadəsini qadağan edib. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












