Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb. Avtosfer.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bütün Bulvar ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib.
Profliaktik tədbirlər Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə görülür. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur. Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bulvardakı bütyün iaşə obyektlərinin, attraksionların fəaliyyəti dayandırlıb. Bulvardakı avtomobil dayanacaqlarının da fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi ilə əlaqədar Bulvar insan axınını qarşısını almaqdır.
Dənizkənarı Bulvar İdarəsi sakinləri zərurət yaranmadığı təqdirdə evdən çıxmamağa, müəyyən səbəblərdən Bulvar ərazisində olarkən Operativ Qəraragahın təlimatlarına riayət etməyə çağırır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI























