“Zəngəzur koridoru vasitəsi ilə TIR-ların dövriyyəsini artırmaq olacaq”

“Zəngəzur koridorunun açılması regionda yerləşən bütün ölkələrə, onların nəqliyyat siyasətinə və ümumilikdə regionun nəqliyyat arxitekturasına əsaslı şəkildə təsir edəcək”.
Avtosfer.az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, bu koridorun açılması ilə Ermənistan tərəfi yükləri yoxlamayacaq və rüsumlardan azad olacağıq:
“Koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalır”.
X.Həsənli qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan TIR-larının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək: “Türkiyənin Orta Asiya ilə 120 minlik TIR dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə TIR dövriyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”.
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT











