Deputat: "Ermənistan aciz vəziyyətə düşüb"

“Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb. Bu, düşmən ölkənin qorxaqlığı və çarəsizliyidir”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünənki iclasında Azərbaycan Ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxunub:
“Ali Baş Komandan Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlarıdır. Bunun ən bariz nümunəsi özünü qorumaq instikti ilə dərhal KTMT müraciət etməsidir. Halbuki elə həmin Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsilə bağlı qərar qəbul edib. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub .Bax məsələnin riyakarlıq tərəfi elə buradadır. Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. KTMT-yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşılq səviyyəsindədir.
Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri mövcuddur. Daima müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib, əməkdaşlıq yaradıb".
Deputat bildirib ki, Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları azad etməlidir: “Bu mənada beynəlxalq hüquq da, ədalət də Azərbaycanın yanındadır. KTMT-yə üzv olan ölkələr də bunu yaxşı bilirlər”. (“Report”)
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO











