Deputat: “İcra başçısı 450 minlik maşını hansı pulla alıb?”

“O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.
Avtosfer.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib.
Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:
“O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.
Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












