Deputat: “Karantin dövründə ictimai nəqliyyatın işi uğurlu təşkil olunur”

Koronavirusun yayılmasında yüksək riskli məkanlardan hesab olunduğu üçün metronun fəaliyyəti dayandırılıb. Karantin dövründə sərnişindaşınmada yeganə vasitə kimi yerüstü nəqliyyatın üzərinə düşən yük artıb. Bakı Nəqliyyat Agentliyi (BNA) hərəkətin intensivliyini təmin etmək məqsədilə metro stansiyaları arasında xüsusi ekspress avtobusların fəaliyyətini təşkil edir. Paralel olaraq müntəzəm marşrut xətləri də öz işini davam etdirir.
Avtosfer.az xəbər verir ki, deputat Nəsib Məhəməliyev açıqlamasında pandemiya dövründə ictimai nəqliyyatın ümumi fəaliyyətini belə qiymətləndirib:
“Karantin dövründə hökumətin bütün strukturları birlikdə yüksək səviyyədə fəaliyyət göstərirlər. Bakı kimi böyük bir şəhərdə metronun işləmədiyi bir zamanda nəqliyyatın hərəkətini tənzimləmək kifayət qədər çətin məsələdir. BNA bu çətinliyin öhdəsindən gələ bilir. Bu dövr ərzində ən kritik vəziyyətlərdə belə Bakı şəhərində ajiotaj yaranmadığını müşahidə edirik. İnsanların kütləvi müraciət etdiyi yerlərdən biri olaraq ictimai nəqliyyatda koronavirusa yoluxma ehtimalları da böyükdür. Avtobuslarda aparılan dezinfeksiya işləri və sosial məsafəninqorunması yoluxma hallarının qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün çətinliklərə baxmayaraq agentlik öz fəaliyyətini yüksək səviyyədə təşkil edir”.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












