Deputat: “Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir"

"Rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyi, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağı araşdırılmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, rüsumların bu qədər artması araşdırılmalıdır: "Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır. Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq. Sanki bir məsuliyyət yoxdur. Bunu qarşılığında kimsə dilə gəlməlidir”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: "Bəzi rüsumlarda 20%, bəzilərində 30-50% artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir. Amma buna paralel olaraq, hökumət maaş və pensiyaların artımı ilə bağlı da qərarlar qəbul edir. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Bütün dünyada cərimə o qədər sərt olur ki, insanlar bundan çəkinib qayda pozmasınlar. Dəbbə pulunun çox olmaması üçün bizim çalışmamız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram”.
Emin
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










