Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir”

“Sosial şəbəkələrin fəaliyyəti deməyə əsas verir ki, onlar söz azadlığı demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla cəmiyyətin əxlaqını pozmaqla, korlamaqla məşğuldurlar”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, çağırışlara səsləndirən, terroru, separatizmi dəstəkləyən bu şəbəkələrin yalnız bir məqsədi var: “Xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək, ya da vətəndaşları qorxutmaq və şantaj etməklə pul qazanmaq. Sirr deyil ki yüz minlərlə insanlar onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir. İnsanlar bir-birinə düşmən kəsilir ailələr dağılır, gərginlik artır. Hər gün bunun şahidi oluruq. Onlar insanlar haqqında nələr söyləmirlər. Nələr uydurmurlar. Dövlətin, məmurların, ziyalıların görkəmli şəxslərin ünvanına nələr demirlər?!
Təəssüf ki əxlaqsız hərəkət edənlər, yaramaz fikir yürüdənlər, yalan uyduranlar haqqında lazımi tədbir görülmür. Bəziləri hətta onları demokratik fikirli insanlar kimi qəbul edirlər. Hər bir insan etdiyi hərəkətə, dediyi fikrə göstərdiyi fakta görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir. Əks təqdirdə sağlam cəmiyyətimizi uçuruma apara bilərik. Dünyanın super dövlətləri də bunu bir daha təsdiq edir”. (Modern.az)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










