Deputatdan Türkiyədə qarət olunması xəbəri ilə bağlı - Açıqlama

Türkiyənin “Sabah” nəşrində azərbaycanlı millət vəkili Fəzail Ağamalının qızı və nəvəsi ilə birlikdə İstanbulda taksi sürücüsü tərəfindən qarət olunması barədə məlumat yayılıb. Məlumata görə, deputat taksiyə minərkən sürücü gediş haqqını qabaqcadan istədiyi üçün pul qabını çıxarıb və soyulduğunu görüb. Fəzail Ağamalı bu səbəbdən polisə müraciət edərək sürücüdən şikayət ərizəsi verib. Millət vəkili ifadəsində əlində tutduğu pulları sürücünün onun əlindən zorla aldığını və 25 lirə götürdükdən sonra qaytardığını deyib. Ancaq bundan sonra deputat pulunun az olduğunu görüb və taksidən düşüb. F.Ağamalı 2 min lirəsinin oğurlandığını bildirib.
Şikayətdən sonra sürücü Selami T. həbs edilib. 10 il həbsi istənilən sürücü iddiaları rədd edərək millət vəkilinin pulları onun taksisində saldığını bildirib. O, həmin pulu deputata qaytardığını deyib.

Haqqında istintaq başladılan sürücü bu yaxınlarda yenidən İstanbul məhkəməsində hakim qarşısına çıxarılacaq.
Deputat APA-ya açıqlamasında məsələyə aydınlıq gətirib: "Hadisə 2019-cu ilin iyul ayında baş verib. Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, istintaqın gedişi ilə sonradan maraqlanmadıq".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO











