Deputatların maaşı ilə bağlı məlumatlara münasibət - MƏBLƏĞLƏR

Sosial şəbəkələrdə Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı məlumatlar yayılıb.
Paylaşılan cədvəldə Milli Məclis Sədrinin 7 424 manat, onun birinci müavininin 6 680 və müavinlərinin 6 308 manat, Milli Məclisin komitə sədrlərinin 5 940 manat, müavinlərinin 5 568 manat və sıravi deputatların isə 5196 manat maaş aldığı iddia edilib.
Məsələ ilə bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova açıqlama verib.
Şöbə müdiri bildirib ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”. (“Report”)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










