Dərman preparatları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdini qarşısını alıblar. Avtosfer.az-ın məlumatına görə belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndiriliblər.
Vətəndaşlara məxsus çanta və çamadanlar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Nəticədə əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı formada bəyan edilməyən ümumilikdə 46 adda dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gültən Qədirli
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











