Dermatoloqdan xəbərdarlıq - BU MASKALAR TƏHLÜKƏ SAÇIR

Koronavirusdan qorunmaq üçün istifadə edilən rənglənmiş və bərbəzəkli maskaların zərərləri ortaya çıxıb. Türkiyəli dermatoloq Yasəmən Fateh Amato sintetik materialdan hazırlanan maskaların dəridə allergik reaksiya verdiyini bildirib. Odur ki, mümkün olduğu qədər təbii və allergiya yaratmayan maskalar almağı tövsiyə edib:
“Rəngarəng maskalar diqqət çəksə də, sintetik olduğundan allergik reaksiyalara səbəb olur. Bədəniniz uzun müddət maska taxmağa öyrəşmədiyi üçün problemlər yarana bilər. Hava keçirməyən maskalar zərərlidir. Xüsusilə dərinin həssas olduğu hissələrdə qaşıntı, qızartı, eqzama, hətta bəzi insanlarda açıq yaralar yarana bilir. Maskanı çıxartdıqdan 20-30 dəqiqə ərzində qızartı keçmirsə, problem var. Odur ki, bu halda maskanı dərhal dəyişdirin. Ümumiyyətlə, allergik reaksiyalardan qorunmaq üçün sintetik materiallardan uzaq durun. Çox tərləyir və dəriniz yağlanırsa, gün ərzində maskanı bir neçə dəfə dəyişdirin. Yağlı nəmləndiricilər maskanın altında dərinin florasını poza bilir”. (Publika.az)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












