DİN-dən avtoxuliqanın ayaqyolu yuması barədə açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edərək həbs olunan şəxsin sanitar qovşağın (tualet) təmizlətdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb.
Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib.
Eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tebesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.
M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəmsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.
Emin
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO














