DİN-dən lüzumsuz yerə vətəndaşların cərimələnməsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşları lüzumsuz yerə cərimələmələrinə və əhaliyə məqsədli şəkildə zərər verilməsinə dair yayılan iddialara münasibət bildirib. Avtosfer.az-ın məlumatına görə bu barədə Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü şəkildə davam etdirilir: "Xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildiririk ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq".
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ











