DİN müxalifətin iddialarına cavab verdi

"Müxalifətdə olan bəzi şəxslər iddia edirlər ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimindən sui-istifadə edən polis cəbhəçiləri, müxalifətçiləri və azad media nümayəndələrini müxtəlif bəhanələrlə həbs edir."
Bunu Avtosfer.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O, səsləndirilən bu iddiaların qərəzli və şantaj olduğunu bildirib:
"İlk növbədə, deyim ki, belə iddialarla çıxış edənlər müxalifət nümayəndələri deyil, pozuculuqla, çaşqınlıq yaratmaqla məşğul olan bir qrup şəxsdir ki, bəziləri ölkənin daxilində, bəziləri isə xaricindədir. Onların məqsədi, niyyəti xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmağa cəhddən başqa bir şey deyil. Nə demələrindən asılı olmayaraq dövlət öz vətəndaşının yanındadır, onun sağlamlığının keşiyindədir. O ki, qaldı karantin rejiminə nəzarəti həyata keçirən DİN-in əməkdaşlarının və hərbi qulluqçularının guya bu vəziyyətdən istifadə edərək həmin pozuculara yaxın olan şəxsləri “ovlamaq”larına, bu tamamilə qərəz və şantajdır. Təsəvvür edin ki, təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb.
Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş 154, barələrində digər tənbeh tədbirləri görülmüş 33 min şəxsdən neçəsi bunların “adamları” olub? Qoy olsun 3 nəfər, 5 nəfər. Bəs qalanları kimdir?
Siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır. Karantin rejimini pozan şəxsin hansı peşə sahibi olmasının, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını risqə qoyaraq nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da.
Mən əminəm ki, pozucu qrup məkrli planına uyğun olaraq, özünün 3-5 nəfər təəssübkeşi qəsdən qaydaları pozur və buna görə də barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Deməli, xüsusi karantin rejimindən polis deyil, məhz polisi günahlandıran həmin qaragüruh sui-istifadə edir.
Bir daha vurğulayıram ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır".
Gültən
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










