DİN: Qanunsuz aksiyaya cəhd edən qadınlar saxlanılmayıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməsi ilə bağlı "Report"un suallarını cavablandırıb.
Avtosfer.az Ehsan Zahidovla sual-cavabı təqdim edir:
- Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu?
- Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. Çünki onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Bu da digər insanların hüquqlarının pozulmasına gətirib çıxara bilərdi.
Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.
Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar.
- Onların arasında qadınlar da var idi?
- Xeyr. Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına öz təmkinli hərəkətləri ilə cavab verdi.
Gültən
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










