DİN Şəhidlər Xiyabanında baş verənlərə aydınlıq gətirdi
Gündəm
14 Aprel 2020 17:45

Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb
Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Şəhidlər Xiyabanındakı məzar daşlarının boyanması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edilib.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Dərhal polis əməkdaşları hadisə yerinə gediblər. Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb. Dərhal da məzar daşları təmizlənib".
Xatırladaq ki, Biləsuvarda Şəhidlər Xiyabanında məzar daşlarının üzərinin boyanaraq təhqir olunması iddiası ilə sosial şəbəkələrdə videogörüntü paylaşılmışdı.
Oxunub : 1301
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
2 Oktyabr 2026 09:00
Bu yollarda tıxac var - SİYAHI
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
ŞƏRH YAZ












