Dizel yanacağı və benzin istehsalı artıb

Yanvar-mart aylarında Azərbaycanda 559,9 min ton dizel yanacağı, 343,8 min ton avtomobil benzini, 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 27,6 min ton yanacaq mazutu, 6,4 min ton sürtkü yağları, 54,6 min ton neft bitumu və 59,4 min ton neft koksu istehsal olunub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, üç ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,6 faiz artıb. Yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb. Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.
Namiq
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












