Dizel yanacağının istehsalı 4,9 faiz artıb

Yarım ildə Azərbaycanda 1 milyon 119,2 min ton dizel yanacağı, 611,5 min ton avtomobil benzini, 138,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 251,5 min ton ağ neft, 39,2 min ton yanacaq mazutu, 12,8 min ton sürtkü yağları, 135,9 min ton neft bitumu və 111,4 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yanvar-iyun aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 556 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,8 faiz artıb.
Neft məhsullarından neft bitumunun istehsalı 38,7 faiz, sürtkü yağlarının istehsalı 33,3 faiz, dizel yanacağının istehsalı 4,9 faiz, avtomobil benzininin istehsalı 0,7 faiz artıb. Neft koksunun istehsalı 8,2 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı 8,8 faiz, ağ neftin istehsalı 16,3 faiz, yanacaq mazutunun istehsalı 32,2 faiz azalıb.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










