DİM-dən abituriyentlər üçün yenilik

Buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanlarında ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də Dövlət İmtahan Mərkəzində (DİM) sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb.
Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib.
Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.
Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.
COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.
Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.
Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər.
Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










