DİN blogerləri mükafatlandırdı - FOTO
Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə cari il iyulun 15-də blogerlər arasında müsabiqə elan etmişdi. Müsabiqənin mövzuları və keçirilmə qaydaları, eləcə də qiymətləndirmə meyarları barədə məlumat DİN-in sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdı.
DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, 22 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan 7 material seçilərək müsabiqəyə oktyabrın 15-də yekun vurulub.
Noyabrın 27-də Daxili İşlər Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov çıxışında daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində apardıqları qətiyyətli mübarizə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə qısa məlumat verib. O, qlobal problem olaraq bütün bəşəriyyəti narahat edən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın aradan qaldırılması üçün cəmiyyətin birgə səylərinin tələb olunduğunu, hər kəsin ümumi işə real köməkliyinin vacibliyini qeyd edərək, əhali arasında anti-narkotik təbliğatında göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib.
Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. Belə ki, münsiflər heyətinin rəyinə, o cümlədən paylaşılan həmin materialların sosial şəbəkələrdəki baxış sayına və mövzunu tam əhatə etməsinə görə rep nominasiyası üzrə Elvin Nəsirovun hazırladığı material 1-ci, Rəsul Abbasovun hazırladığı material isə 2-ci yerə layiq görülüb.
Video nominasiyası üzrə 1-ci yerə Hüseyn Baxışovun, 2-ci yerə Elvin İbrahimzadənin, 3-cü yerlərə isə Munis Əhmədovun, Rumiyə Ağayevanın və Şahid İsmayılovun hazırladıqları videomateriallar layiq görülüb.
İştirakçılar da öz növbələrində blogerlərin bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunmalarının gözəl təşəbbüs olduğunu diqqətə çatdıraraq ölkə və DİN rəhbərliyinə təşəkkür edib, bundan sonra da öz fəaliyyətlərində sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?












