DİN-də Heydər Əliyevin ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTO - VİDEO

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, Azərbaycanı məhv olmaq təhlükəsindən qoruyan, müstəqil dövlətimizin banisi və xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ümummilli liderin dövlətçilik tariximizdəki misilsiz xidmətləri barədə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev onun Azərbaycana rəhbərlik etdiyi illərin müsair tariximizə sabitlik, milli dövlət quruculuğu, inkişaf və müstəqilliyin möhkəmləndiyi dövr kimi həkk olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan tarixində keyfiyyətcə yeni mərhələlərin, milli inkişafı şərtləndirən fundamental islahatların sağlam təməllərini yaradan ümummilli lider demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ölkənin əsas inkişaf yolu kimi müəyyənləşdirdi və respublikamızı qlobal miqyasda nüfuzlu, etibarlı tərəfdaş kimi tanıda bildi.
Ölkə vətəndaşlarına gələcəyə inam yaratmaqla və onları milli mənafelər ətafında sıx birləşdirməklə real müstəqilliyimizin möhkəm təməlini qoyan Heydər Əliyev bu təməlllər üzərində dövlətçilik sütunlarını ucaltdı, özü də Ümummilli Lider zirvəsinə yüksəldi. Müstəqil Azərbaycanın tarixində yeni mərhələnin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının da fəaliyyətində öz əksini tapdı.
Nazir müavini qeyd edib ki, ümummilli lider yenidən formalaşdırdığı, daxilən saflaşdırdığı müstəqil Azərbaycan Polisinin fəaliyyətini, öz böyük təşkilatçılıq istedadı ilə ölkədaxili sabitliyin təmin edilməsinə yönəltdi. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlə əllərdə olan on minlərlə silah və sursat yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alındı.
Ümummilli lider tərəfindən respublikanın daxili işlər orqanlarında fəaliyyətin təşkilati-hüquqi bazasının möhkəm təməli yaradıldı. 1993-2003-cü illərdə onlarla qanun, fərman və sərəncam imzalandı, Nazirlik sistemində islahatlar aparılaraq dövrün tələbinə uyğun yeni qurumlar təsis edildi.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov isə çıxışında Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsasların hələ ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdığını deyib. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Ümummilli lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ümummilli lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Daha sonra tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filminə baxıblar.
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ
Azadlıq prospektindəki “cib” yığışdırılmalıdır - EKSPERT
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə SAXLANILIB
Samir Şərifova yeni VƏZİFƏ VERİLDİ
Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir - ŞİKAYƏT
Ramiz Mehdiyevə məxsus bankın lisenziyası ləğv edildi - RƏSMİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Yola çıxan heyvanlar sürücülərə təhlükə yaratdı - VİDEO














