DİN-dən rəis müavininin din xadimindən pul istəməsi haqqında AÇIQLAMA

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi iddialarına münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Əfsuslar olsun ki, bəzi sosial şəbəkələrdə və xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejimin tələbləri bir daha onun nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edir. Hər hansı bir yas yerindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun mollaya zəng edərək “üç” və “yeddi” mərasimləri üçün 500 manat pul istəməsi ilə bağlı məlumatlar yayılıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












