DİN-dən vətəndaşlara kart məlumatları ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin vətəndaşlara zəng edərək müxtəlif uydurma səbəblər gətirməklə onlara aid bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.
Bu istiqamətdə sosial şəbəkələrdə video və fotofaktlar paylaşılır. İddia edilir ki, bir qrup şəxs insanlara bu formada zəng edərək onların məlumatsızlığından istifadə edir. Bəzi vətəndaşlar ayıq-sayıq davranaraq məsələni ictimailəşdiriblər.
Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb, bu davranışlara yol verən şəxslər barəsində qanunla hansı addımların atılacağını öyrəndik.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu şəxslər, adətən, vətəndaşların etibarından sui-istifadə etməklə onlara aid bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar:
“Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir.
Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-texniki, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri görülməklə hal araşdırılır və qanunamüvafiq şəkildə tənzim olunur.
Bir daha vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə DİN-in “102 - Xidməti Zəng Mərkəzi”, həmçinin sosial şəbəkələrdə “polis-Azərbaycan” rəsmi səhifələri vasitəsi ilə məlumat vermələrini xahiş edirik”.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












