DİN: "Əziz Məmiyevin iddiaları tamamilə absurddur"
Gündəm
6 Aprel 2022 13:43

Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddialar etməsi tamamilə absurddur. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. "Sosial şəbəkə seqmentlərində paylaşılan bu iddiaların məqsədi humanitar viza partfelinə əlavə “həbs, cəza, təqib” sənədlərinin toplanmasından irəli gəlir. Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır", deyə DİN rəsmisi bildirib.
Qeyd olunub ki, onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır: "Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı. Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir".
Oxunub : 828
DİGƏR XƏBƏRLƏR
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
23 Noyabr 2026 20:15
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
23 Noyabr 2026 18:54
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
23 Noyabr 2026 17:46
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
23 Noyabr 2026 16:23
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
ŞƏRH YAZ











