DİN iki günlük sərt karantin rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib - FOTO

Daxili İşlər Nazirliyi (DİN) iki günlük sərt karantin rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumatda deyilir: “Məlum olduğu kimi Azərbayсan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсək. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına xidmət edən həmin məhdudiyyət tədbirlərini hər zaman anlayışla qarşılayıb dəstəkləyən, bu sahədə müəyyən edilmiş tələblərə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının və hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirən bütün vətəndaşlarımıza, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə dərin təşəkkürümüzü yetirir və hamınızı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə təbrik edirik.
Eyni zamanda, özünüzün, yaxınlarınızın və digər şəxslərin sağlamlığına zərər yetirməmək üçün сəmi iki gün davam edəсək özünütəcrid qaydalarına сiddi riayət olunmasını xahiş edirik.
Təxirəsalınmaz məsələlərin həlli ilə əlaqədar Daxili İşlər Nazirliyinin «102» Xidmətinə və “Qaynar xətti”nə ((012) 590-80-20) müraсiət edə bilərsiniz.
İnanırıq ki, vətəndaşlarımız bu dəfə də böyük təmkin və səbr nümayiş etdirəсək”.
Namiq Musayev







Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











