DİN-in Polis Akademiyasında Ulu Öndərin 102-ci ildönümü qeyd edildi - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünkü qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. O, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətinin bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin tarix fakultəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov qeyd edib ki, Azərbaycanın suveren, müstəqil ölkə kimi formalaşmasının özülləri hələ Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza rəhbərliyi dövründə atılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Məhz Ümummilli Liderin rəhbərliyi ilə hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilib, azərbaycanlıların dövlət vəzifələrinə irəli çəkilməsi daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Lider Heydər Əliyevin həyatının çoxşaxəli fəaliyyəti istiqamətlərindən ətraflı bəhs edən İ.Zeylanov bildirib ki, ömürünü ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır















