DİN qeydiyyat yeri ilə bağlı müzakirələrə aydınlıq gətirdi - FOTO

Daxili işlər Nazirliyi (DİN) son günlər müzakirə olunan vətəndaşların olduğu yer üzrə qeydiyyat məsələsinə aydınlıq gətirib.
DİN Mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumata görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır:
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.
Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə, qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir.
Bu baxımdan diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülmüşdür. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.
Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur".
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO











