DİN vətəndaşın polis tərəfindən döyülməsi barədə yayılmış məlumata aydınlıq gətirib

Sosial şəbəkələrdə Ağsu rayon sakini Talıb Hüseynovun polis əməkdaşı tərəfindən döyülməsi və ona qarşı qanunsuz tələblərin irəli sürülməsi ilə bağlı yayılmış fikirlər həqiqəti əks etdirmir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
DİN-in məlumatına görə, məsələyə nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov münasibət bildirib:
"Avqust ayının 27-də Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inspektorları şəhər ərazisində xidmət aparan zaman “VAZ 2106” markalı avtomobili idarə edərkən sürücüsünün sükan arxasında mobil telefonla danışdığı üçün ona “Saxla” əmri veriblər. Polis əməkdaşı özünü sürücüyə təqdim edərək, törətdiyi qayda pozuntusunu izah edib və sənədlərini istəyib. Ancaq sürücü avtomobildən düşərək, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək təhqir edib və mobil telefonun kamerası ilə onların videoçəkilişinə başlayıb. Həmin görüntüləri ictimailəşdirərək, onları işdən azad etdirəcəyini bildirib və hədə-qorxu gəlməyə başlayıb. Xırda xuliqanlıq hərəkətlərinə davam etdiyinə görə o, polis şöbəsinə dəvət olunub. Həmin sürücü - Ağsu rayon sakini Talıb Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 342.6-cı (Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə) maddələri ilə protokol tərtib edilərək cərimə olunub. Həmin şəxs polis şöbəsində yazdığı izahatında səhvini başa düşdüyünü və əməlindən peşman olduğunu bildirib.
T.Hüseynovun polis şöbəsində döyüldüyü və müəyyən məbləğdə pulunun ondan alınması barədə səsləndirdiyi fikirləri isə həqiqəti əks etdirmir və böhtan xarakterlidir. O, hər bir maddə üzrə 50 manat cərimə olunmaqla ümumilikdə 100 manat cərimələnib.” (APA)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











