DİQQƏT! Bu şəxslərə istilik verilməyəcək - RƏSMİ

Artıq istilik sistemlərinin verilməsinə az zaman qalıb.
Bəs bu il vətəndaşlar istilik sistemindən problemsiz istifadə edə biləcəklər?
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.
O qeyd edib ki, cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.
Respublikaının digər ərazilərində, o cümlədən Bakı şəhərində isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayaraq növbəti ilin aprel ayının 15-nə qədər davam edəcəkdir:
“Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur”.
Abonentlərin hansı halda istilik təminatı dayandırıla bilər?
“Yalnız binanın daha çox sakini istilik borcunu uzun müddət ərzində ödəməyib və ya ödəməkdən yayınırsa, bu halda bir neçə ünvanda maarifləndirici xəbərdarlıq edilir. Bu xəbərdarlıqla sakinlərə bildirilir ki, istilik borcu və xidmət haqqı ödənilməlidir, əks halda istilik təminatı olmaya bilər”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










