Dörd gün sonra dağıntılar altından çıxarılan qızcığazın sözləri hər kəsi güldürdü - VİDEO

Türkiyədə dörd gün əvvəl baş verən dağıdıcı zəlzələdən zərərçəkən vilayətlərdən biri olan Antakyada axtarış xilasetmə işləri davam edir. Əməliyyat zamanı baş verən kiçik hadisə isə hər kəsin üzündə gülüş yaradıb.
Məlumata görə, Odabaşı Məhəlləsində bir binanın dağıntılarından gələn səsləri təsbit edən axtarış-xilasetmə qrupları bu bölgədə işlərini gücləndirib. Dağıntılar üzərində aparılan işlər nəticəsində 5 yaşlı Hazal və anası Betül Güner xilas ediliblər.
Qızcığazı xilas edən heyət ondan su istəyib-istəmədiyini soruşub. Balacanın cavabı isə hər kəsi təəccübləndirib: “Yox istəmirəm, hələ müayinədən keçməmişəm”.
Qeyd edək ki, həmin yerdə dağıntılar altında ata və qızı da tapılıb.
Yaralılara ilkin tibbi yardım göstərilib və xəstəxanaya göndəriliblər. (oxu.az)
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












