Dövlət büdcəsinin xərcləri artıb: Hansı sahələrə daha çox vəsait ayrılıb?

2021-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 29,9 milyon manat, xərcləri isə 3 milyard 469,8 milyon manat təşkil edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərinin həcmi 10,9 faiz, xərclərin həcmi isə 4,2 faiz artıb.
Dövr ərzində büdcəyə hüquqi şəxslərin gəlir vergisi üzrə 534,8 milyon manat, əlavə dəyər vergisi üzrə 860,7 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 176,1 milyon manat, aksizlər üzrə 141,4 milyon manat, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər üzrə 191,3 milyon manat vəsait daxil olub.
Həmçinin, büdcə gəlirlərinin 54,7 milyon manatı sadələşdirilmiş vergilər hesabına, təxminən 2 milyard 70,9 milyon manatı isə digər daxilolmalar hesabına formalaşıb.
Büdcə vəsaitlərinin əhəmiyyətli hissəsi - 919,4 milyon manatı müdafiə və milli təhlükəsizlik tədbirlərinə, 777,4 milyon manatı sosial müdafiə və sosial təminata, 388 milyon manatı ümumi dövlət xidmətlərinə xərclənib.
Eləcə də, təxminən 340,6 milyon manat təhsilə, 339,3 milyon manat səhiyyəyə, 237,3 milyon manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 211,3 milyon manat kənd təsərrüfatına və ümumilikdə təqribən 149,4 milyon manatı digər sahələrə sərf olunub.
Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 736,4 milyon manat, xərcləri 5 milyard 523,7 milyon manat təşkil edib. Büdcənin icrasında 212,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər profisit yaranıb.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










