Dövlət Gömrük Komitəsində Kollegiya iclası keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, iclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, ölkədə həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq 2024-cü ildə bütün sahələrdə olduğu kimi gömrük sistemində də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atılıb.
Qeyd olunub ki, cari ildə də xidmət səviyyəsinin yüksəldilməsi, gömrük əməliyyatlarının sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, əlçatanlığın, şəffaflığın təmin olunması istiqamətində gömrük orqanları qarşısında müəyyənləşdirilən tapşırıqların icrası davam etdiriləcək.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzində fəaliyyətinin nəticələri haqqında" məruzə ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev çıxış edib.
Bildirilib ki, ticarətin asanlaşdırılması konsepsiyası çərçivəsində rəqəmsal gömrük xidmətinin innovativ həllər hesabına genişləndirilməsi, sahibkar, vətəndaş, işçi məmnunluğunun təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
2024-cü il gömrük xətti ilə büdcə daxilolmalarında Komitə tərəfindən dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsaitin köçürülməsi təmin edilib ki, bu da illik proqnoza nisbətdə 213 milyon 700 min manat və ya 3,3% çoxdur.
Ötən il ərzində 35255 hüquqpozma faktının aşkar edildiyini bildirən Komitə sədrinin birinci müavini vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.
Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Həmçinin iclasda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev, Tovuz Gömrük İdarəsinin rəisi Pərviz Qədirovun məruzələri dinlənilib, Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini Kənan Əsədov tərəfindən 2024-cü ilin nəticələrinin müqayisəli təhlilinə dair təqdimat nümayiş etdirilib.
İclasda “Gömrük xidmətinin Fəaliyyət Proqramı” çərçivəsində tətbiq olunan layihələrin icra vəziyyəti haqqında Gəncə Gömrük İdarəsinin rəisi Şamil Həsənli, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Baş Gömrük Mühafizə Xidmətinin rəisi Mübariz Mustafayev, Balakən Gömrük İdarəsi rəisinin müavini Kamran Yusifov məruzələrlə çıxış ediblər.
Daha sonra Dövlət Gömrük Komitəsinin “2025-2030-cu illər üçün İnkişaf Strategiyası” əsasında tərtib olunan 2025-ci il üçün İş Planı müzakirə edilərək təsdiq olunub.
Sonda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük orqanlarının müxtəlif sahələr üzrə fəaliyyətindən danışaraq tapşırıq və tövsiyələrini verib.
Rusiya ilə Ukrayna arasında gizli razılaşma: müharibə başa çatır? – Politoloq AÇIQLADI
Bolt 2025-ci ildə Azərbaycanda ən çox yüklənən səyahət tətbiqi olub
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO











