Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb - FOTO

Aprelin 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Komitədən bildirilib ki, Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə səfir Erkan Özoralı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfər Mehdiyev Azərbaycanla Türkiyə arasında tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək bildirib ki, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasət bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynayıb.
Komitə sədri iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsində səfir Erkan Özoralın fəaliyyətini yüksək qiymətləndirib və ona təşəkkürünü bildirib.
Səfir Erkan Özoral Azərbaycan-Türkiyə əməkdaşlığının sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını və digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıb, gələcəkdə də ikitərəfli əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











