Dövlət Komissiyası DNT nümunəsi verməmiş itkinlərin yaxınlarına çağırış edib

“Dövlət Komissiyası 2014-cü ildən etibarən itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işini həyata keçirir. Bu proses nəticəsində 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan, yəni onların yaxın qohumlarından bioloji nümunələr toplanıb sistemləşdirilib”.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, Vətən müharibəsindən əvvəl bioloji nümunə verməyə tərəddüd etmiş insanlar, xaricdə olduğu üçün müraciət edə bilməyən şəxslər hazırkı prosesdə, eyni zamanda, artıq itkin düşmüş şəxslərin bir qisminin taleyi müəyyən olunandan sonra ümidlənərək müraciət etməyə başlayıblar.
“Sözsüz ki, onlardan bioloji nümunələrin götürülməsi aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi üçün vacib xarakter daşıyır.
Ancaq qeyd etmək istəyirəm ki, bu sahədə çətinliklərimiz də var. Prosesə 2014-cü ildən başlanılmasına baxmayaraq, hələ də itkin ailələrinin bir qismi yumşaq ifadə etsək, bioloji nümunə verməkdən yayınır. Məsələ ilə bağlı dəfələrlə inzibati qaydada və mətbuat vasitəsilə vətəndaşlara müraciət edilib. Mən fürsətdən istifadə edərək DNT nümunəsi verməmiş vətəndaşlarımıza bir daha müraciət etməyi zəruri hesab edirəm: Hörmətli itkin ailələri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasında çox vacib amil olduğu üçün Sizlərdən bir daha Dövlət Komissiyasına yaxınlaşaraq DNT nümunələr verməyinizi xahiş edirik.
Xüsusilə qeyd etmək lazımdır ki, toplanmış bioloji nümunələrinin DNT profilləri Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzində arxivləşdirilir. İtkin ailələrindən DNT nümunələrinin götürülməsi və insan qalıqlarının eyniləşdirilməsi ilə bağlı molekulyar-genetik ekspertiza da DTX-nin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzində həyata keçirilir”.
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT
Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ








