Dövlət qurumları Nərimanov rayonunda monitorinqlər aparır - FOTO

Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması məqsədilə Nərimanov rayonu ərazisində də reydlər keçirilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli struktur bölmələrinin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin və “Azərsu” ASC-nin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən insanların kütləvi toplaşdığı ictimai-iaşə obyektlərində yanğın və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə konkret tədbirlər görülür.
Mütəxəssislər tərəfindən obyektlərə baxışlar keçirilir, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılır. Aşkar edilmiş pozuntularla bağlı dərhal qanuna müvafiq tədbirlər görülür. Təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılır.
İctimai-iaşə və digər xidmət obyektlərində monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, qanuna müvafiq tədbirlərin görülməsi və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasıdır.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










