Dövlət qurumlarında çalışan bir qrup şəxs qaydaları pozaraq ailəsi ilə istirahətə gedib - FOTO

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn şəxslərə qarşı reydlər davam etdirilir .
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Belə ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.
Namiq Musayev
.




Yola çıxan heyvanlar sürücülərə təhlükə yaratdı - VİDEO
Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
Azərbaycanda yük maşını və avtobus yığımı bazara necə təsir edəcək? - İQTİSADÇI
Dronlardan istifadə ilə bağlı yeni qaydalar nələrdir? – Deputat AÇIQLADI
“ChatGPT” kütləvi qırğın silahı hazırlamağın yollarını öyrədir
Azərbaycanın strateji rolu artır: Orta Dəhlizlə Böyük Britaniyaya yeni marşrut
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Emin tıxac yaradan sürücüyə kömək etdi, sonra irad bildirdi - VİDEO
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü - 75-CB-743 - VİDEO
Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar










