Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət edib - Xeyli vətəndaş...
Gündəm
15 İyul 2020 13:14

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir. Bu barədə Avtosfer.az-a Dövlət Xidmətindən məlumat verilib.
"Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.
Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.
Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir. Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur", - məlumatda vurğulanıb.
Fidan
Oxunub : 2340
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
ŞƏRH YAZ











