Dövlət Xidməti yaranma gününü qeyd etdi - FOTO - VİDEO

13 fevral - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13-cü ildönümü münasibətilə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və qurumun şəxsi heyəti Fəxri xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
SHXÇDX-dən Avtosfer.az-a verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Ziyarətdən sonra Xidmətin aparatında qurumun yaradılmasının 13 illiyinə həsr olunan mərasim keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Tədbirdə Mürsəl İbrahimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.
M.İbrahimov son illər ərzində Dövlət Xidmətinin fəaliyyətindəki inkişaf, aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların icrasının gedişatı barədə ətraflı məlumat verib. Tədbirdə Xidmət tərəfindən 2024-cü ildə görülən işlərdən bəhs edən qısa videoçarx nümayiş olunub.
Daha sonra SHXÇDX-nin məsul şəxsi Tehran Babatov tərəfindən Xidmət rəisinin imzaladığı əmrlər elan olunaraq xidmətdə fərqlənənlərə hərbi rütbələr, medallar və fəxri fərmanlar təqdim edilib.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












