Döyülən gəlinlə qayınanasının ifadələrində ziddiyyət var - RƏSMİ AÇIQLAMA - FOTO

“Lənkəran rayon Yuxarı Nüvədi kəndində gəlinin qayınanası tərəfindən döyülməsi faktı ilə bağlı məsələ araşdırılır”.
Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlunun bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə məlum görüntülər yayılan kimi komitə tərəfindən dərhal aidiyyəti qurumlar məlumatlandırılıb:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu
“Rayon İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun rəhbəri Vəsilə Arifqızı komitəyə məlumat verərək bildirib ki, məsələnin araşdırılması məqsədi ilə ailə icra hakimiyyətinə dəvət olunub. Eyni zamanda polis əməkdaşları tərəflərin onların ifadəsini alıb. Hazırda faktla bağlı araşdırma aparılır”.
Teymur Mərdanoğlu həmçinin gəlinlə qayınanasının ifadələrində bəzi ziddiyyətli məqamların olduğunu bildirib: “Onlar icra hakimiyyətinə dəvət olunub ki, daha da dəqiq araşdırma aparılsın. İstənilən halda, görüntülərdən də görünür ki, burada şiddət və zorakıllıq var. Bu da təbii ki, yolverilməzdir. Şikayət olmasa belə bu məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb olub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












