Dünya əhalisinin yarısı sosial şəbəkələrdən istifadə edir

Cari ilin iyulunda dünyada sosial şəbəkə istifadəçilərinin sayı 3,96 milyard nəfərə çatıb. Bu o deməkdir ki, “Facebook”, “Instagram”, “Tik-Tok”, “Twitter” və digər servislərin ümumi auditoriyası tarixdə ilk dəfə Yer kürəsi əhalisinin yarısını (7,79 milyard) üstələyib.
Bu rəqəmlər “We Are Social” agentliyi və “Hootsuite” alətinin tərtibatçıları tərəfindən hazırlanan hesabatda yer alıb.
Analitiklər təkcə qeydiyyatdan keçən istifadəçilərin sayını deyil, həm də aktiv auditoriyanın – sosial şəbəkələrə ayda azı bir dəfə daxil olanların hesablamasını aparıblar. Bundan başqa, reallıqda sosial şəbəkə platforması istifadəçilərinin sayı daha çoxdur, çünki əksər servislər tərəfindən 13 yaşdan kiçik uşaqların qeydiyyata alınması qadağan edilib.
Hesabata görə, 2019-cu ilin iyulundan bu ilin iyulunadək aktiv sosial şəbəkə istifadəçilərinin sayı 10,5 faiz (artım 376 milyon nəfər) artıb. Demək olar, bütün istifadəçilər – 99 faiz və ya 3,91 milyard onlara mobil qurğular vasitəsilə daxil olur.
Bu gün dünyada ümumi internet auditoriyasının həcmi 4,57 milyard nəfər (Yer kürəsi əhalisinin təxminən 60 faizi) təşkil edir. Son ildə ilk dəfə 346 milyon nəfər (artım 8,2 faiz) onlayn daxil olub. İstifadəçilər internetdə gündəlik orta hesabla 6 saat 42 dəqiqə keçirirlər.
Ən böyük artımı “Instagram” və “LinkedIn” şəbəkələri nümayiş etdirib. Son üç ayda “Instagram”a gündə 1 milyon yeni istifadəçi qoşulub. Hazırda “Instagram” istifadəçilərinin sayı 1,08 milyard nəfərdən çoxdur. Bu müddət ərzində “LinkedIn” şəbəkəsinin istifadəçi bazası 25 milyon artaraq 700 milyon nəfərə çatıb. (AZƏRTAC )
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












