Dünyada ən çox ölümə səbəb olan xəstəlik - Necə yaranır?

Dünya üzrə ölüm hallarına səbəb olan əsas amillər arasında tromboz birinci yerdə dayanır. Hərəkətsiz həyat tərzi və siqaret istifadəsi bu xəstəliyin yaranma riskini artırır. Mütəxəssislər trombozun (qanda laxtalanmanın) qarşısını almaq üçün sadə, lakin vacib tədbirlərə diqqət yetirilməsini tövsiyə edirlər.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Türkiyə Hematologiya Cəmiyyətinin sədri professor doktor Muhlis Cem Ar piylənmə və siqaret istifadəsinin tromboz riskini əhəmiyyətli dərəcədə yüksəltdiyini bildirib. Professor Ar Ədirnədə keçirilən bir simpozium zamanı "13 oktyabr – Dünya Tromboz Günü"nün bu sahədə vacib maarifləndirmə məqsədi daşıdığını vurğulayıb.
Professorun sözlərinə görə, tromboz – damarların daxilində laxtanın yaranması və bu səbəbdən orqanlarda funksional pozuntuların meydana gəlməsi ilə xarakterizə olunan ciddi bir sağlamlıq problemidir. O qeyd edib ki, "Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada ən çox ölümə səbəb olan amillər arasında tromboz birinci yerdədir. Bu qədər yayğın olmasına baxmayaraq, insanlar bu təhlükənin fərqində deyillər."
Ar bildirib ki, damar sistemində laxtalanma baş verdikdə, qan dövranı dayanma nöqtəsinə gəlir və bu da həyati orqanların fəaliyyətinə mənfi təsir göstərir. Onun sözlərinə görə, hər il milyonlarla insan tromboz səbəbindən həyatını itirir. "Bəlkə xərçəng daha çox diqqət çəkir, amma tromboz xərçəngdən də çox ölümə səbəb olur. Məsələn, ürək tutması dediyimiz hal – tac damarlarının tıxanması, yəni trombozdur. İnsult – beyin damarlarının tıxanması, bu da trombozdur. Ağciyər və ayaq damarlarının tıxanması da eyni prosesin nəticəsidir. Ölümcüllük dərəcəsinə və yaratdığı fəsadlara görə bu, cəmiyyət üçün çox ciddi yük yaradan sağlamlıq problemidir", deyə o əlavə edib.
Professor Muhlis Cem Ar vurğulayıb ki, həyat tərzində edilən sadə dəyişikliklərlə trombozun qarşısını almaq mümkündür: "Bu problemin qarşısını almağın ən sadə yolu müntəzəm hərəkət və idmandır. Sağlam qidalanma və artıq çəkidən uzaq durmaq da vacibdir. Piylənmə və siqaret istifadəsi qanda laxtalanmanın əsas risk faktorlarındandır. Siqaret damarların tıxanma riskini artırır. Həyat tərzində edəcəyiniz dəyişikliklərlə bu ölümcül xəstəliyin qarşısını almaq mümkündür".
Professor həmçinin qeyd edib ki, qanda laxtalanma və damar tıxanıqlığı müalicə oluna bilən xəstəliklər sırasındadır, lakin əsas məqsəd müalicədən çox, qorunmaq üçün tədbirlərin görülməsidir.
Dünya üzrə aparılan maarifləndirmə kampaniyalarına toxunan Ar deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Tromboz və Hemostaz Cəmiyyəti bu sağlamlıq probleminə diqqət çəkmək məqsədilə 13 oktyabr tarixini "Dünya Tromboz Günü” elan edib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












