Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb

Dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a yoluxanların ümumi sayı 11 031 905 nəfərə çatıb. Bu barədə ABŞ-ın yerli və federal hakimiyyət orqanlarının, KİV-in, habelə dünya ölkələrinin açıq informasiya mənbələri, statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Qeyd edilir ki, koronavirusun qeydə alındığı 213 ölkədə və bölgədə təhlükəli infeksiyadan ölənlərin ümumi sayı 523 777 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində dünyada virusa yoluxmuş 5 834 337 pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ("Report")
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










